Qeyd edim ki, 10 noyabr tarixində Azərbaycan, Ermənistan və Rusiya tərəfindən imzalanmış bəyanata əsasən, Azərbaycan Respublikasının Qarabağ İqtisadi rayonu və eləcə də Şərqi Zəngəzur istiqamətində müəyyən ərazilərdə müvəqqəti olaraq rusiyalı sülhməramlılar yerləşdirilib. Onların fəaliyyət istiqamətlərindən biri də azsaylı etnik ermənilərlə yarana biləcək iğtişaşların qarşısının alınmasıdır. Bundan əlavə qeyd olunan ərazilərdən erməni silahlılarının çıxarılmasıdır. Amma təəssüf ki, onlar nə etnik ermənilərin iğtişaş törətmələrinin qarşısını alır, nə də silahlı ermənilərin çıxarılmasını təmin edir. Əksinə ermənilərin iğtişaş törətməklərinə, asayişi pozmalarına yardım edir, bununla paralel onları silahlandırır. Bütün bunlara əlbəttə Azərbaycan dövləti səssiz qalmayacaq. Hər şey Azərbaycan dövlətinin diqqətindədir. Qarabağ Azərbaycan ərazisidir. Əgər onlar bunu anlamırsa, ali baş komandanlarını dinləsinlər. O, dəfələrlə öz çıxışlarında da təsdiq edib ki, Qarabağ Azərbaycan ərazisidir. Sülhməramlıların Qarabağ ömrü Azərbaycan dövlətinin əlindədir.