Tələbələrin nəzərinə!
Təhsil tələbə krediti almaq istəyən tələbələr ərizələrini notarial ofisə getmədən, mobil notariat tətbiqi vasitəsilə elektron qaydada əldə edə bilərlər. Bunun üçün “Mobil notariat” proqram təminatını həm Appstore, həm də Google Play-dən telefona yükləmək lazımdır (əgər tətbiq telefonunuza əvvəlcədən yüklənmişdirsə xidmətdən istifadə edə bilməniz üçün marketə daxil olub yeniləmə etməyiniz lazımdır). Tələbələr mobil notariat vasitəsilə təsdiqlənmiş ərizə ilə elektron informasiya sisteminə (www.e-ttkf.edu.az) müraciət edə bilərlər. Müraciətlər bayram günləri və həftəsonu da daxil olmaqla, hər gün qəbul olunur.