Təhsil məsələləri üzrə mütəxəssis, ictimai şəxs

Ədəbiyyat dərsliyi saytı yoxsa mərifətsiz sayt?

Deməli, 10 və 11-ci siniflərin ədəbiyyat dərsliklərində hər mövzu sonunda şagirdlərə edebiyyat.ucoz.com saytını mənbə olaraq göstəriblər. Şərt xətri üçün sayta daxil olduqda qarşılaşdığım mənzərə ədəbiyyat sözü ilə ziddiyyət təşkil etdi. Mənəviyyatsızlığın təbliği, açıq-saçıq videolar, oyunlar saytda yer alıb.

Mən başa düşə bilmirəm ki, bunu edənlər və ya buna məsul olan şəxslərin məqsədi Azərbaycan gəncliyini məhv etməkdir? Utanmırsınız əməlinizdən?!