Müəllimlərə qarşı sanki kimsə açıq savaş elan edib. Müəllimi döyürlər, söyürlər, vurular, üzr istədirlər və nəhayət bütün bunlar azmış kimi işdən də qovurlar. Yuxarı sinif şagirdlərinin bəziləri (hansl ki, onlar oxumaqda maraqlı deyillər) sinifdə porno videoları izləyir, TikToka video çəkirlər, siqaret çəkir, kart oynayırlar. Hansı bir müəllim onlara gözün üstündə qaşın var deyə bilmir. Çünki qorxur. Azərbaycan müəllimi bu durumda olmalı deyildi. Təəssüf!