Dekabrın 12-dən etibarən Xankəndi - Gorus yolunun Şuşa şəhərinə yaxın hissəsində ərazilərimizdəki yataqların qanunsuz istismarına son qoyulması tələbilə etiraz aksiyası keçirilir. 23 gündür davam edən aksiya iştirakçıları yalnız humanitar məqsədlər üçün yolu açırlar. Qalan digər hallarda yol bağlıdır və onlar etiraz edirlər.
Qeyd edim ki, əgər yataqlarda monitorinqə şərait yaradılmasa, aksiya fasiləsiz davam etdiriləcək.
Hazırda Azərbaycan Repsublikasının Qarabağ iqtisadi rayonu tabeliyində olan Xankəndi şəhəri və digər bir neçə məntəqədə məskunlaşan ermənilər seperatçı liderləri tərəfindən əlacsız vəziyyətə salınıblar. Vəziyyəti düzəltməyə çalışan Ruben Vardanyan adlı seperatçı qondarmanın ehtiyatında saxlanan qida, ərzaq və digər istehlak mallarının əhaliyə satılmasına göstəriş verib. Qeyd edim ki, bir müddət sonra bu ehtiyat da tükəndikdə ermənilər olduqca çıxılmaz vəziyətə düşəcəklər. Ona görə də onlar yaxşı olar ki, öz seperatçı liderlərinə qarşı çıxaraq Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etsinlər və dinc şəraitdə yaşasınlar. Və yaxud da bununla razı deyillərsə, Azərbaycan torpaqlarını tərk etsinlər. Onların yaşamaq üçün başqa seçimləri yoxdur. Çünki Ruben Vardanyan, Vitali Balasanyan, Arayik Arutyunyan və digər seperatçı liderləri öz məqsədləri üçün onların həyatı ilə oynayır.