Təhsil məsələləri üzrə mütəxəssis, ictimai şəxs

Etiraz aksiyasının 27-ci günü. Nə əldə etmişik?

27 gündür ki, Şuşa - Xankəndi yolu humanitar məqsədlər istisna digər daşınmalar üçün etirazçılar tərəfindən bağlıdır. Etiraz aksiyası Qarabağ iqtisadi rayonunda erməni seperatçıları tərəfindən təbii sərvətlərimizin istismar olunmasına, onların daşınmasına, eləcə də ərazilərin çirkləndirilməsinə görə keçirilir. Etiraz aksiyası nəticə əldə olunanadək davam edəcək.
Qeyd edim ki, bu 27 gün ərzində əldə olunub:
1. Xarici ölkə vətəndaşlarının Ermənistandan Xankəndinə daşınmasının qarşısı alınıb.
2. İrandan gələn yük maşınları (hansı ki, orada hərbi avadanlıqlar keçirilirdi), eləcə də mülki şəxslərin (seperatçılara təlim keçirdilər) giriş-çıxışı məhdudlaşdırılıb.
3. İstismar olunan təbii sərvətlərin Ermənistana daşınmasının qarşısı alınıb.
4. Seperatçıların Ermənistanla birbaşa əlaqəsi (gediş-gəliş) kəsilib.
5. Xankəndi, Xocavənd və digər bəzi ərazilərdə qalan mülki ermənilərdə seperatçılara qarşı narazılıq başlanıb.
6. Ermənistandan Xankəndinə gəlib gedən bəzi millət vəkilləri, dövlət rəsmiləri (zatən qeyri-qanuni idi) artıq bunu edə bilmirlər.
7. Fransanın, Ermənistanın beynəlxalq qurumlara müraciətləri nəticəsiz qaldı.
8. Ermənistandan gətirilən silah-sursatların qarşısı alınıb.
9. Xarici, xüsusilə də Rusiyadan qaçıb gəlməkdə maraqlı olan Semyon Peqov kimi "jurnalist"lərin Xankəndinə gəlişinin qarşısı alınıb.
10. Rusiya da, Ermənistan da və digər erməni təəssübkeşliyi çəkən ölkələr də başa düşdü ki, Azrbaycan xalqı istənilən situasiyada qətiyyətlidir. 44 günlük müharibə və 27 gündür ki, davam edən etiraz aksiyası buna bariz sübutdur. İstədiyimizi mütləq alacağıq.

 

Elçin Əfəndi