Polis Akademiyasına qəbulla bağlı suallara cavab olaraq aşağıda qeyd etdiyim məlumatlarla tanış olun.
1. Əvvəlki illərlə müqayisədə qəbul planı artırılıb. Mən ötən illə müqayisə apararaq bildirim ki, 2022-ci ildə qəbul planı 200 yer idisə, bu il 100 plan yeri artırılaraq 300-ə çatdırılıb. Yəni 2023/2024-сü tədris ili üçün qəbulda plan yeri 300-dür.
2. Qəbul yalnız III ixtisas qrupu üzrə aparılır.
3. Qəbulda yalnız oğlanlar iştirak edə bilər.
4. Minimal müraciət yaşı 16, maksimal isə 18-dir.
5. Polis akademiyasını bitirən məzunlara "hüquqşünaslıq" ixtisası, "polis leytenantı" xüsusi və "ehtiyatda olan leytenant" hərbi rütbələri verilməklə daxili işlər orqanlarında müvafiq vəzifələrə təyin edilirlər.
6. Tədris müddəti 4 ildir.
7. Sənədlərin qəbulu 2023-cü il yanvar ayının 23-dən mart ayının 4-dək bazar günləri istisna olmaqla hər gün saat 10:00-dan 17:00-dək namizədin təhsil aldığı təhsil müəssisəsinin yerləşdiyi inzibati ərazi üzrə polis idarə və ya şöbələrində həyata keçiriləcəkdir.
8. Son 3 ilin qəbul göstəricilərinə əsasən, keçid 450-480 arası formalaşıb. Plan yerlərinin bu il artdığını nəzərə alaraq qeyd edim ki, bu il keçid balında təxminən 30-40 bal enmə müşahidə oluna bilər.
© Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi