Təhsil məsələləri üzrə mütəxəssis, ictimai şəxs

Azərbaycan müəllimi bilərəkdən nüfuzdan salınır

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən müəllimin nüfuzdan salmağa yönəlmiş fəaliyyət artıq öz bəhrəsini verir.
Bu gün Azərbaycan müəllimi sinif idarə edə bilmir, şagirdlər ilə davrana bilmir. Şagirdlər müəllimi saymır, onu dinləmir, önəmsəmir.
Çünki Elm və Təhsil Nazirliyi məhz müəlliminə qarşı belə davranır.
Hər tədbirdə, hər çıxışda müəllimi təhqir edirlər, nüfuzdan salan ifadələr işlədirlər.
Bir gün belə dövlət orta məktəbində müəllim işləməyənlər, müəllimin az maaşı ilə yarı ac ailə saxlamayanlar, əlinə jurnal alıb sinifə girməyənlər müəllimin və müəllimliyin qədrini bilməzlər.
Bütün cəmiyyət əldə etdiyi hər şeyə görə müəllimə borcludur.
Azərbaycan müəllimi Elm və Təhsil Nazirliyinin bu alçaldıcı münasibətinə laiq deyil.
Azərbaycan təhsilverənləri heç bir vaxt belə biabırçı vəziyyətə düşməmişdi.
Hanı o 200 min manat qrant alan müəllimin hüququnu qorumalı olan təşkilat?
Hanı o üzvləri saxta seçki ilə təyin olunub 100 minlərlə manat qrant almış İctimai Şura?
Azərbaycan müəllimi yetim, yiyəsiz uşaq kimi ortada qalıb.
Allah bunu sizə bağışlamaz.
 
© Təhsil məsələləri üzrə mütəxəssis Kamran Əsədov