Təhsil məsələləri üzrə mütəxəssis, ictimai şəxs

Qardaş Türkiyədə zəlzələdə həlak olanların sayı 9000 nəfərə çatır

Həlak olanların sayı 9000 nəfərə çatır. Yaralananların sayı isə 50000 nəfəri keçib. Hazırda xilasetmə və axtarış tədbirləri davam edir. Xatırladım ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Fevralın 7-də Adıyaman şəhərinin Gölbaşı rayonunda 5,3 bal gücündə daha bir zəlzələ olub.

Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.