Təhsil məsələləri üzrə mütəxəssis, ictimai şəxs

İran rejimi Paşinyana sui-qəsd hazırlayır

Ermənistandan etibarlı mənbənin Xarici Xüsusi Xidmət orqanlarından birinə verdiyi məlumata görə İran rejimi Ermənistanda Paşinyana qarşı sui-qəsdə və hərbi çevrilişə hazırlaşır. Mənbənin məlumatına görə, Paşinyanın yürütdüyü xarici siyasət İran rejimini narazı salıb. Bu səbəblə də ona qarşı münasibət birmənalı deyil. Bu yaxınlarda qərbdən müşahidəçilərin Ermənistana dəvət olunması, yad ünsürlərin regionda mövcudluğu, eləcə də Azərbaycanla Paşinyanın sülh prosesində müsbət məqamların əldə olunması İranı ciddi narahat edir. Ona qarşı baş verəcək sui-qəsdin həyata keçirilməsi SEPAH-a həvalə olunub. Təsadüfi deyil ki, Suriyada uzun müddət İranın səfiri olmuş Mehdi Subhani Ermənistana səfir göndərilir. Mehdi Subhaninin birbaşa nəzarəti altında İranın Suriyada təşkil etdiyi terraktlar hər kəsə məlumdur. Məhz Suriyada olan terror qruplaşmalarının hər hansısa üzvünün xüsusi tapşırıqla Ermənistana gəlməsi və Paşinyana qarşı sui-qəsd törətməsi gözlənilir. Eyni zamanda yaranmış vəziyyətdən istifadə edərək ölkədə hərbi çevrilişə cəhd də olunacaq. Bu proseslərlə İran həm də qərbdən gələn müşahidəçiləri Ermənistandan, ümumən regiondan çıxarmağı hədəfləyir. Mənbənin verdiyi digər məlumata görə bir neçə gün öncə Azərbaycan ordusunun keçirdiyi əməliyyatla bağlı İran rejimi Ermənistan Xarici İşlər Nazirliyindən Azərbaycanın həqiqətən də Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədini pozub- pozmaması və Zəngəzur bölgəsini təhdid edib-etməməsi ilə bağlı rəsmi məlumat almağı uğursuz olub. Erməni tərəfi İrana məlumat vermir. Bütün bunlar və qərb müşahidəçilərinin regionda olması həm də SEPAH-ın işinə maneə olduğu üçün İran rejimi Ermənistanda qəti addım atmaqda maraqlıdır.