Təhsil məsələləri üzrə mütəxəssis, ictimai şəxs

Prezident İlham Əliyev Zəngilan rayonuna səfər edib.

Prezident İlham Əliyev Qarabağ iqtisadi rayonu ilə paralel, Şərqi Zəngəzur iqtisadi rayonuna da səfər edib. Dövlət başçısı Zəngilan şəhərində Konqres Mərkəzinin tikintisi ilə tanış olub, inzibati binanın təməlini qoyub, "Azərenerji" ASC-nin "Sarıqışlaq" Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanış olub, otel kompleksinin, 91 çarpayılıq Zəngilan Rayon Mərkəzi Xəstəxanasının və Cahangirbəyli kəndinin təməlini qoyub.