Ötən ayın 14-dən etibarən ali təhsil müəssisələrinin bakalavr pilləsinə qəbul üçün ixtisas qrupları üzrə elektrob ərizə qəbulu başlanıb. Hal-hazırda 75239 abituriyent qeydiyyatdan keçib. Onlardan 27066 nəfər I ixtisas qrupu, 21804 nəfər II ixtisas qrupu, 21056 nəfər III ixtisas qrupu və 5313 nəfər isə IV ixtisas qrupu üzrə qeydiyyatdan keçən abituriyentləridir.
Ərizə qəbulunun başa çatmasına 1 gün 33 saat vaxt qalır. Proses 5 may, saat 23:59-da başa çatacaq.