Təhsil məsələləri üzrə mütəxəssis, ictimai şəxs

Xankəndi şəhərində yerləşən Qarabağ Universitetinə bu ixtisaslara qəbul aparılac bilər

Xankəndi şəhərində yerləşən Qarabağ Universitetinə 2024/2025-ci tədris ili üçün tələbə qəbulu aparılacaq təxmini ixtisas qrupları və ixtisaslar:

I ixtisas qrupu üzrə qəbul aparılacaq ixtisaslar:

Rİ alt qrupu
İnformasiya texnologiyaları
Kompüter mühəndisliyi
Kompüter elmləri
İnformatika müəllimliyi

RK alt qrupu
İnşaat mühəndisliyi
Qida mühəndisliyi
Şəhərsalma
Riyaziyyat müəllimliyi


II ixtisas qrupu üzrə qəbul aparılacaq ixtisaslar:

Beynəlxalq ticarət və logistika
Biznesin idarəedilməsi
Maliyyə
Marketinq
Menecment
Mühasibat
Turizm işinin təşkili
Turizm bələdçiliyi

III ixtisas qrupu üzrə qəbul aparılacaq ixtisaslar:

TC alt qrupu
Beynəlxalq münasibətlər
Regionşünaslıq

DT alt qrupu
Kommunikasiya və rəqəmsal media
Tarix
İbtidai sinif müəllimliyi
Məktəbəqədər təhsil
Korreksiyaedici təlim
Təhsildə sosial-psixoloji xidmət


Qeyd edim ki, IV və V ixtisas qrupları üzrə qəbul aparılmayacağı ehtimal olunur.
Ümumilikdə 1000 nəfərlik plan yeri ayrılacaq.

II ixtisas qrupunda Biznesin idarəedilməsi, Marketinq, Turizm işinin təşkili və
Turizm bələdçiliyi ixtisaslarına qəbul olmaq üçün minimal müsabiqə şərti 150 baldır.

III ixtisas qrupunda TC alt qrupunda yer alan Regionşünaslıq ixtisasına qəbul olmaq üçün minimal müsabiqə şərti 150 baldır.

©️Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi