Elçin Əfəndi - Təhsil məsələləri üzrə mütəxəssis, ictimai şəxs
20. 09. 1987-ci il tarixində Azərbaycan Respublikasında anadan olub.
Tam orta təhsilini (1994-2005) başa vurduqdan sonra 2005-2007-ci illərdə Xüsusi Təyinatlı Qüvvələrdə həqiqi hərbi xidmət keçmişdir.
Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsində həm bakalavr, həm də magistratura pilləsi üzrə ali təhsil alıb. 2011-ci ildə Bakı Dövlət Universitetində “İlin ən yaxşı tələbəsi” fəxri adına layiq görülmüşdür.
“Hədəf Kursları”nın “Ədəbiyyat, ədəbiyyat müntəxəbatı və ədəbiyyat nəzəriyyəsi”, Azərbaycan tarixi fənləri üzrə test tapşırıqlarının həmmüəllifi, Azərbaycan Respublikasının Konstitusiyası fənnindən olan test tapşırıqlarının müəllifi, "Zəfər Kursları"nın Tarix fənni üzrə dərs vəsaitinin isə həmmüəllifidir. Bunlardan əlavə bir sıra şeirlərin, hekayələrin müəllifidir.
Elçin Əfəndinin 4 kitabı çap olunub: “ANTİTERROR”, "Silinməyən izlər" adlı kriminal-detektiv romanları, "Mənə bir az məndən danış" adlı şeirlər kitabı və "Zəngin səfil" adlı ictimai-fəlsəfi məzmunlu romanı. Hazırda müəllif "Baş tutmayan göndəriş" və "Dərinlik sakinləri" romanları üzərində çalışır.
Elçin Əfəndi uzun müddətdir ki, təhsil sahəsində çalışır. O, Hədəf və Zəfər Kurslarında məsul vəzifələrdə çalışmış, şagirdlərin bilik qazanması üçün əlindən gələn köməkliyi etmişdir. Hal-hazırda SMART Təhsil Mərkəzinin təsisçisi olaraq həm də direktor vəzifəsini icra edir.
Doğma dilindən savayı, türk, rus, ingilis və fransız dillərini də bilir.